Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsraildə yaşayan soydaşımız Şakir Əhmədovla görüşüb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumatda bildirilir ki, görüş zamanı İsraildə Azərbaycan icmasının fəaliyyəti, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan diasporunun göstərdiyi birlik və həmrəylik, İsrail və Azərbaycan, o cümlədən iki xalq arasındakı dostluq münasibətləri, diasporun mövcud problemləri və gələcək fəaliyyət perspektivləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şakir Əhmədova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və 2020-ci ildə diaspor qururculuğu sahəsində fəallığına görə təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, Şakir Əhmədov 1996-cı ildən İsraildə yaşayayır və xeyriyyəçiliklə məşğul olur, mütəmadi olaraq həmvətənlərimizə dəstək göstərir.
E.ŞİRİNOV