1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. 2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 6 fevral 2017-ci il tarixindən bu günədək etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. Hüquq elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Evlidir, üç övladı var.
***
Prezidentin Sərəncamı ilə şiddətli töhmət alan birinci şəxs isə İsmayıllının icra başçısı Nahid Bağırov olub. Maraqlıdır ki, Nahid Bağırov da vaxtilə Azərbaycan Turizm Agentliyində çalışıb. Bu da onun tərcümeyi halı: “Nahid Rza oğlu Bağırov: 2009-cu ildən etibarən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir…” və s.
Bu təsadüfdürmü? Necə olur ki, son bir neçə ildə Prezidentin Sərəncamları ilə indiyədək iki yüksək vəzifəli şəxs töhmət alır, onun ikisi də turizm sektorunda rəhbər və məsul vəzifə tutublar!
“Təzadlar”ın Araşdırma Qrupu








