Fuad Nağıyev cinayət məsuliyyətinə cəlb ediləcək-SƏBƏB

Oxunma sayı: 283

Sən demə, Azərbaycan Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən  şəxslərin yuvasına çevrilib. Tezadlar.az araşdırıb ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Yəni, Fuad Nağıyev qaynanasının tapşırığı ilə “lazım olan” adamları agentlikdə yüksək maaşla işə götürüb. Onların bu  agentlikdə söz sahibinə çevrilməsi isə başqa mövzudur. Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva isə uzun illər Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir və Fuad Nağıyev məsuliyyət daşımalıdır!. 

Bəs şiddətli töhmət elan edilən Fuad Nağıyevin tərcümeyi-halı barədə nələri bilirik?
Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb.

1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. 2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 6 fevral 2017-ci il tarixindən bu günədək etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. Hüquq elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Evlidir, üç övladı var.

***

Prezidentin Sərəncamı ilə şiddətli töhmət alan birinci şəxs isə İsmayıllının icra başçısı Nahid Bağırov olub. Maraqlıdır ki, Nahid Bağırov da vaxtilə Azərbaycan Turizm Agentliyində çalışıb. Bu da onun tərcümeyi halı: “Nahid Rza oğlu Bağırov: 2009-cu ildən etibarən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir…” və s.

Bu təsadüfdürmü? Necə olur ki, son bir neçə ildə Prezidentin Sərəncamları ilə indiyədək iki yüksək vəzifəli şəxs töhmət alır, onun ikisi də turizm sektorunda rəhbər və məsul vəzifə tutublar!

“Təzadlar”ın Araşdırma Qrupu

Xəbəri paylaş