25 Dekabr 2025 / 09:11

Futbolçu oyun zamanı ölüb

İdmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Burundinin ikinci divizion klubu “Guepie du Lacın”ın futbolçusu İgiraneza Ayme Gueric “Amassipiri” ilə matç zamanı sikkə ilə boğularaq ölüb.

Tezadlar.az bildirir ki, bu barədə “Sport News Africa” məlumat verib.

“20 dekabr şənbə günü ikinci divizion matçında İgiraneza Ayme Guericin faciəli ölümü baş verib və o, meydanda qəfildən yıxılıb”, – deyə nəşr bildirib.

Oyunçu təkbaşına ayağa qalxa bilmədikdən sonra tibbi heyət onun köməyinə gəlib. O, daha sonra xəstəxanaya aparılarkən yolda ölüb.

Şahidlərin sözlərinə görə, faciəyə oyun zamanı ağzında olan və udduğu sikkə səbəb olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!