Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazovanın həyat yoldaşı “Tiktok”da qeyri-etik ifadələr işlətdi və aləm bir-birinə dəydi. Tezadlar.az sosial media platformalarına istinadla bildirir ki, Habil Eyvazovun belə hərəkəti icra başçısının müavini olan həyat yoldaşına əməllicə problem yaradıb. Məlum olur ki, sərxoş halda onun hərəkəti ciddi qınanmaqdadır. Belə ki, RİH-də sürücü işləyən Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib. Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib. Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyəti də reaksiya verib. Rəsmiyyət deyib ki, sürücü işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq.
Füzuli RİH-dən “Təzadlar”a bildirilib ki, Habil Eyvazov hazırda da RİH-də sürücü işləyir, sadəcə, onu dərhal işdən azad ediblər: “Lakin DCMF-nin bazasına daxil olunsa, onun əmək müqaviləsinə nə vaxt xitam verildiyi məlum olacaq…”.
Bax belə. Bu da TİK-TOK-un cəmiyyətimizdəki məhsulu…
“Təzadlar”