Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu gün dünyada baş verən sürətli dəyişiklik və informasiya bolluğu insanlara həm müsbət, həm də mənfi təsirlər göstərir. Bir çox insanlar psixoloji, fizioloji və sosial yöndən çətinlik çəkirlər.
Məhz buna görə də cəmiyyətdə yaxşı təhsil almış, təcrübəli və peşəkar psixoloqlara ehtiyac yaranır. Psixoloqlar insanların zəka, təfəkkür, təxəyyül, motivasiya və emosiya kimi bir sıra sahələrini öyrənir, gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etməyin və aradan qaldırmağın yollarını axtarırlar. Bu səpkidə olan bir çox problemlərin həlli üçün insanlara yol göstərir və kömək edirlər.
Qeyd edək ki, insanların problemlərinin böyük əksəriyyəti tibbi deyil, məhz psixoloji xarakter daşıyır. Ona görə də, dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır.
Bu səbəbdən də, ölkənin bir çox universitetləri “Psixologiya” ixtisasından bakalavr səviyyəsi üzrə kadr hazırlayır. Respublikanın aparıcı universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində də 2021-2022-ci tədris ilindən etibarən əyani və əlavə təhsil üzrə baklavr səviyəsində “Psixologiya” ixtisasından kadr hazırlığına başlanılacaqdır. Dərslər Pedaqoji fakültədə elektron kürsülü, geniş və səliqəli auditoriumlarda təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir.
Universitetin bu ixtisas üzrə kadr hazırlamaqda əsas məqsədi Azərbyacanda psixologiya elminin inkişafına təkan verimək, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətini yüksəltmək, vətəndaşlara peşəkar psixoloji xidmət göstərən psixoloqlar yetişdirmək, elmi psixoloji ekspertizalar təşkil etmək və həyata keçirməkdir.
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr psixologiyanın aşağıdakı sahələri üzrə elmi biliklərə yiyələnəcəklər:
Həmçinin bu ixtisası üzrə təhsil alacaq tələbələr aşağıdakı imkanlardan da istifadə edə biləcəklər:
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə dərin biliyə yiyələnmiş tələbələrdə aşağıdakı keyfiyyətlər formalaşacaqdır:
Belə ki, “Psixologiya” ixtisasını bitirən məzunlar gələcəkdə əmək fəaliyyətlərini aşağıdakı sahələr üzrə davam etdirə bilərlər:
“Psixologiya” ixtisasını bitirmiş məzunların peşə fəaliyyəti isə aşağıdakılardan ibarətdir:
Əziz gənclər! Sizləri 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində yeni fəaliyyətə başlayacaq “Psixologiya” ixtisası üzrə ali təhsil almağa dəvət edirik.
TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Pedaqoji faklütəsinin dekan müavini,
pedaqogika üzrə fəlsəfə doktoru