Əsas məzmuna keç

GƏNC GÜLƏŞ MƏŞQÇİSİ TERROR İDDİASINDA İTTİHAM OLUNUR

İstintaq Komitəsi Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmətzodaya qarşı terror fəaliyyətinə şərait yaratmaqda ittiham edib.

Tezadlar.az bildirir ki, TASS-ın müxbiri bu barədə Moskvanın Şerbinski Rayon Məhkəməsinin zalından məlumat verir.

“Məhkəmə təqsirləndirilən İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır”, – məhkəmədən bildiriblər.

Həmin şəxs terrorçuluq fəaliyyətinə sövq etmə və cəlb etmədə şübhəli bilinərək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi) saxlanılıb.

Müstəntiqin sözlərinə görə, İsmatzodanın hazırda Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu var. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…