Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2025 / 10:30

G7 liderləri Trampsız Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

“Yeddilik” ölkələrinin liderləri iyunun 17-də tədbiri erkən tərk edən ABŞ prezidenti Donald Tramp olmadan Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qalan liderlərin bu gün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə diqqət yetirəcəyi bildirilir. Nəşr yazır ki, qonaqlar arasında Vladimir Zelenskinin də olacağı gözlənilir.

“Politico” xatırladır ki, Tramp sammit zamanı yeni tədbirlərin tətbiqinə razı olmayacağını açıq şəkildə bildirmişdi. O bildirib ki, sanksiyalar “bahalıdır” və avropalılar “ilk növbədə buna getməlidirlər”. Aİ və Böyük Britaniya “daha ​​koordinasiyalı” sanksiyaların tərəfdarıdır. Nəşr qeyd edir ki, Tramp indiyədək yeni tədbirlərə, o cümlədən Avropanın Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsi təklifi ilə razılaşmaqdan imtina edib.

Bu il G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçirilir.

E.ŞİRİNOV 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!