G7 ölkələri birgə bəyanat layihəsində Kremlə xəbərdarlıq ediblər ki, gələcəkdə hərbi təcavüz Rusiyaya qarşı yeni məhdudiyyətlər və sanksiyalara səbəb ola bilər. Tezadlar.az Reuters-ə istinadən bildirir ki, Bəyanatda G7 ölkələri Ukrayna və Rusiya arasında atəşkəsi təmin etmək üçün etibarlı “təhlükəsizlik sazişləri”nə ehtiyac olduğunu da qeyd ediblər. Onlar rəsmi Moskvaya xəbərdarlıq ediblər ki, atəşkəs razılaşması əldə etmək üçün Kiyevi yarı yolda qarşılamalıdır, əks halda əlavə sanksiyalarla üzləşəcək.
Bəyanatın yekun layihəsində deyilir: “Böyük yeddilik üzvləri Rusiyanı bərabər şərtlərlə atəşkəslə razılaşaraq və ona tam hörmət etməklə, qarşılıq verməyə çağırır. G7 rəsmiləri bildirirlər ki, yüksək səviyyəli diplomatlar tərəfindən təsdiqlənən layihə hələ də nazirlərin “yaşıl işığına” ehtiyac duyur…”.
Onlar vurğulayıblar ki, istənilən atəşkəsə hörmət edilməlidir və Ukraynanın hər hansı yenilənmiş təcavüz aktlarından çəkindirə və özünü müdafiə edə bilməsini təmin etmək üçün möhkəm və etibarlı təhlükəsizlik tədbirlərinə ehtiyacı var.
A.Məmmədli