Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Dekabr 2025 / 15:52

Gənc cüdoçuların yarışı bitdi – baş mükafatın sahibi bu komanda oldu

20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Tezadlar.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, son gündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 kollektiv kubok uğrunda mübarizə aparıb.

Görüşlər 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində baş tutub.

“Neftçi” İK yekunda baş mükafata sahib çıxıb. “Kanokan-TT” İK gümüş medallara yiyələnib. “Sərhədçi” İM və “Judo Club 2012” komandaları isə III yeri tutublar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!