Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasına aydınlıq gətirib. Tezadlar.az Regional İdarəyə istinadla bildirir ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb. Sitat: “Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.