Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib.
Tezadlar.az xəbər verir ki, Ramil Usubovun kürəkəni Kamran Xankişiyev vəfat edib. Onun qəfil ürəktutmadan vəfat etdiyi bildirilir.
Mərhumun nəşi Novxanıdakı bağ evindən götürüləcək.
Kamran Xankişiyevin iki övladı var. Kamran Xankişiyev uzun illər daxili işlər və hüquq-mühafizə orqanlarında, eləcə də Təhlükəsizlik Şurasında çalışıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri gununsesi.info yayıb.
Allah rəhmət eləsin!







