2 Oktyabr 2025 / 14:21

Generala qarşı terror aktı törətməkdə ittiham olunanın həbs müddəti uzadıldı

Saratov məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargahının yüksək rütbəli zabiti general-leytenant Yaroslav Moskalikə qarşı terror aktı törətdiyinə görə Rusiya vətəndaşı İqnat Kuzinin həbs müddətini uzadıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Kuzin daha üç ay, yanvar ayına qədər istintaq təcridxanasında qalacaq.

Kuzin Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən işə götürülüb və idarəçisinin göstərişi ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin yaşadığı Balaşixadakı binanın girişinin yaxınlığında partlayıcı qurğu yerləşdirib.

Avtomobilin partlaması nəticəsində rus hərbçi ölümcül xəsarət alıb. Moskalik Ukrayna üzrə danışıqların iştirakçısı olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!