Əsas məzmuna keç

Generalın qızı saxlanıldı: külli miqdarda dələduzluqda şübhəlidir!

Bu da baş verdi: General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. Sosial mediada yayılan və yazılan məlumatlara görə, generalın hüquqşünas qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir. T.Əliyevanın şübhəli bilindiyi Azərbaycan Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə o, 500 min manatdan çox ziyan vurmaqda şübhəlidir.
Qeyd: Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır. O, yaxınlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.
İstintaq hərəkətləri davam edir və Türkər Əliyevanın barəsində məhkəmənin həbs qətimkan, yoxsa polisin nəzarətinə vermə qərarı gözlənilir.
SƏBUHİ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…