Rusiya-Ukrayina müharibəsi bitirmi?
Putin Donetsk vilayətinin işğal edə bilmədiyi hissəsini Ukrayinadan niyə istəyir? Daha doğrusu işğal edə bilmir, deyir ki, qalan hissəni verin, yəni-qoşunları çıxardın, bunun müqabilində müharibəni dayandıra bilərəm?! Çalişacam bu yazımda hadisələrin canlı şahidi olaraq Sizə hər bir şeyi detallı izah edim. İngilislər demişkən: lets start
Ukrayina ərazisində rusiya işğalı hələ də davam edir. 3 il, 7 aydır ki, qəhrəman və məğrur Ukrayina xalqı bütün çətinliklərə baxmayaraq Rusiya imperializminə qarşı döyüşür. Bu, həqiqətən də bir xalqın qəhrəmanlıq səlnaməsidir, əhsən. 2014-cü ildə Ukrayina ordusunun olmadığı, daxildə xaosun hökm sürdüyü şəraitdə putin rusiyası Ukrayinanın Donetsk(26,5 min km2) vilayətinin 70faizini, Luqanskın(26,7 min km2) 90% və Krımın(27 min km2) da 100% faizini ilhaq edib. Təsəvvür edin ki, Ukrayina Müdafiə naziri və qərargah rəisi rusiya vətəndaşı və ya rusiyaya bağlı şəxslər idi (Solomatin, Lebedenko və s). Bir sözlə, 5-ci kolon Ukrayinada “at oynadırdı”. Qeyd edim ki, Donetsk və Luqansk vilayəti Ukrayinada Donbass regionu adlanır. Bu yerdə deyiblər iştah diş altında olar. Belə ki, 2014-cü il işğalından sonra ciddi bir müqavimətlə rastlaşmayan putin rusiyası daha sonra 2022-ci ilin fevralında(23 dən 24-ə keçən gecə yerli vaxtla 04-50) Ukrayinanı tam işğal etmək niyyəti ilə genişmiqyaslı müharibəyə başladı. Bəli, məqsəd Ukrayina adlı dövləti yer üzündən silmək idi! Ona görə də bu müharibə ukrayinalıların azadlıq müharibəsidir. 200 minlik orduyla Belarusdan(Kyiv istiqaməti- 226km) Xarkiv və Donetsk vilayətindən( havadan-yerdən) hücuma keçdi. Qeyd edim ki, rusiya-Ukrayina sərhəddinin uzunluğu 1974km, Ukrayina-Belorusiya sərhəddinin uzunluğu isə 850km dir. Ukrayina daxilində müharibənin başlanılması ehtimalı aylar öncə bilindiyindən müəyyən hazırlıqlar görülmüşdü. Amma bu yetərli deyildi. Çünki 200 minlik ordunun qarşısında durmaq çox çətin idi. Belə ki, genişmiqyaslı müharibə başlayanda Ukrayina ordusunun silah təchizatı 2-3aylıq nəzərdə tutulmuşdu. Açıq danışaq, heç o dövrə kimi də bəs etməzdi. Ona görə də ruslar “Blitz-kriq” qısa müddətə Ukrayinanı işğal planını həyata keçirmək istəyirdilər. Hətta martın 2-i Kyivdə(Xreşşatik) parad da təyin olunmuşdu.
Ukrayina ordusunda nə vardı? 60 ədəd Jevelin(tank əleyhinə) , Türkiyənin verdiyi “Bayraktar” dronları və İngiltərənin verdiyi ağır artileriya silahları. Məhz, Ukrayina tərəfi müharibənin ilk iki ayını məhdud resurslarla müqavimət göstərdi. Məhz, bunun nəticəsi idi ki Xersonun(28 min km2) yarısı, Zooporijyinin(27 min km2) 60 faizi ,Xarkivin(31min km2) 40 faizi, Sumi(23 min km2), Çerniqiv (31 min km2) və Kyiv(28min km2) vilayətinin müəyyən əraziləri rusiya işğalı altına düşdü.Təsəvvür edirsiniz nə qədər ərazi işğal altında idi.
Müharibənin gedişatında dönüş nöqtəsi Kyiv yaxınlığında “Hostomel” aeroportunda baş verdi.Belə ki, Ukrayina elit bölmələri rusiyanın Ryazan və Puskov desant bölmələrini darmadağın etdilər. Məhz, bu faktor raşistlərin paytaxt Kyivə doğru irəliləməsinin qarşısını aldı və xalqda inam yaratdı. İlk öncə Kyiv vilayəti, daha sonra Xarkiv, Sumi və Çerniqiv vilayətləri raşistlərdən tamamilə təmizləndi. Bütün bu hadisələr 2022-ci il mart-aprel aylarında baş verib. Sonra nə oldu? Aprelin 25-i ABŞ-ın dövlət katibi, əslən ukrayinalı Entoni Blinken və Müdafiə naziri Lyord Oustin Kyivə təşrif buyurdular.Bu, artıq qərb dairələrinə ciddi siqnal idi ki, ukrayinalılar döyüşə bilir və “Blitz-kriq” alınmadı. Prezident Zelenskiy ilə görüşən Blinken və Oustin Ukrayinaya silah tədarükünün ilkin tranşını elan edərək(Ramştayn formatında) müharibənin bugünə kimi gəlib çıxmağına səbəb oldular. Düzdü, silahlar az-az verildi. Sanki, rusiyanin ayağını tam tapdalamamaq üçün.
Bunun nəticəsi olaraq 2022-ci il, noyabr 11-i Xersonun yarısı rusiya işğalından azad edildi.Əgər, həmin dövrdə silah tədarükünün həcmi artsaydı Ukrayina işğal altında olan ərazilərinin müəyyən hissəsini də işğaldan azad edə bilərdi.Hal-hazırda Ukrayinanın bu əraziləri işğal altındadır:
1)Krımın 100%-i
2)Luqansk 95%
3)Donetsk 75%
4)Zooporijyi 60%
5) Xerson 50%
Ümumi 108min km2, yəni 18%
Cədvəldən göründüyü kimi Ukrayina ərazilərinin böyük hissəsi 2014-cü ildə işğal olunub. İndi putler 3 il, 7 ayda işğal edə bilmədiyi Donetsk vilayətinin , Ukrayinanın nəzarəti altında olan(Slavyansk, Kramatorsk və Konstantinovka) ərazilərini istəyir.
putin deyir ki(öz aləmində) bu ərazilərdən çıxın Donetsk vilayətinin işğalını tam sona çatdırmış olum.
Əvəzində isə Xerson və Zooporijyinin müəyyən hissəsini Ukrayinaya qaytara bilərəm. Elə bil bazardır, sən mənə ver, mən də sənə verərəm.”Cənab” putler, gülməli deyilmi? ukrayinalılar mübarizə aparmırlar ki torpağı barter etsinlər. Bu, həm də Ukrayina konstitusiyasının 2. 17 və 133cü maddələrinə ziddir.Belə ki, yuxaridakı bəndlərdə qeyd olunur:
Ukrayina əraziləri toxunulmazdır və torpaq(sərhəd dəyişdirilməsi)
məsələləri xalqın ixtiyarındadır. Ən əsası, Ukrayina 24vilayət, 1yarımada(Krım) və 2 xüsusi statusa malik (Kyiv və Sevastopol) şəhərlərindən ibarətdir. Ukrayina suveren və müstəqil dövlətdir. 1997-ci il rusiya-Ukrayina “Birgə Bəyannaməsinə” əsasən qarşılıqlı şəkildə ərazilər tanınır. Yəni-Ukrayinanın ərazisi 603,4min km2 -dır
Slava Ukrayini!

