Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne Limanı sahillərində aşan sərnişin gəmisində ölənlərin sayı daha bir cəsədin tapılmasından sonra 13-ə çatıb. İtkin düşmüş 15 nəfərin axtarışı davam edir.
Türkiyədən göndərilən gəmilərin dəstəklədiyi axtarış-xilasetmə qrupları yeni cəsədlər tapıb.
Tezadlar.az xəbər verir ki, ərazidə aparılan son əməliyyatlardan sonra gəmi qəzasında ölənlərin sayı 13 nəfər olaraq bildirilib.
Qəzadan bəri xəbər alınmayan 15 sərnişinin tapılması üçün səylər davam edir.
Axtarış-xilasetmə qrupları dənizdə və gəminin batdığı ərazidə işlərini davam etdirir. Qruplar itkin düşmüş sərnişinləri tapmaq üçün yorulmadan çalışırlar.
Gəmi qəzası ilə bağlı istintaqın Türkiyə ilə koordinasiyalı şəkildə aparıldığı bildirilib.
İstintaq çərçivəsində gəmi kapitanı da daxil olmaqla 9 heyət üzvü əvvəllər həbs olunub.
ELBAR







