Şimali Kipr Türk Respublikasında sərnişin gəmisi batıb və nəticədə dənizdə sağ qalmaq üçün çıxılmaz mübarizə başlanıb.
Tezadlar.az xəbər verir ki, qəzadan sağ çıxan Efe Mültici yaşadığı dəhşətli şoku CNN TÜRK-ə danışıb. O, telefonunda qeyd etdiyi görüntüləri CNN TÜRK ilə paylaşıb.
Həmin dəhşətli qəzada bəziləri övladlarını itirib, bəziləri isə hələ də itkin düşmüş yaxınları ilə bağlı ümidverici xəbərləri göz yaşları və narahatlıqla gözləyir.
Dəhşətli hadisə Şimali Kipr Türk Respublikasında baş verib. 259 sərnişin və 8 heyət üzvünü daşıyan sərnişin gəmisi hərəkətdə olarkən qəfildən suya girməyə başlayıb. Gəmidəki sərnişinlərdən biri Efe Mültici olub. O, həmin anları qeydə alıb.
Sərnişinlər təlaş, qorxu, çaxnaşma içində olublar. Bəziləri çarəsiz şəkildə kömək gözləyərək batan gəmiyə sığınıblar. Digərləri isə özlərini xilas etmək üçün çarəsiz şəkildə dənizə atıblar.
Qəzada itkin düşənlərin axtarışı davam edir.
ELBAR







