Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tovuz Gömrük İdarəsində sahibkarlar və gömrük təmsilçiləri ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil edilən görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər.
Görüş çərçivəsində idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər, həmçinin könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
R.XUDATQIZI