Müğənni Manaf Ağayev 65 yaşdan sonra toy məclisləriə getməyəcəyini deyib.
Tezadlar.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında bildirib. 60 yaşlı ifaçı bildirib ki, bu qərarı çoxdan verib: “Əvvəlki toylar başqa idi. Onlardan aralanmaq istəmirdin. Səhnəyə çıxacağam, amma toylara getməyəcəyəm. Hər gün oturub toy olsun deməyəcəyəm. Deyirəm və edəcəyəm də. Hər şeyin bir vaxtı var. Vaxtında gedəndə gözəl olur”.







