İran bildirib ki, Hörmüz boğazı “İrana qarşı hücumların vurduğu ziyan yeni tranzit statusundan əldə edilən gəlirin bir hissəsi ilə kompensasiya edildikdən sonra” açılacaq.
Tezadlar.az bildirir ki, İran Prezident Aparatının Kommunikasiya İdarəsinin rəis müavini Mehdi Təbatəbai sosial mediada Hörmüz boğazı ilə bağlı açıqlama verib.
Təbatəbai bildirib ki, Hörmüz boğazı mütləq bir gün açılacaq, “İrana qarşı hücumların vurduğu ziyan yeni tranzit statusundan əldə edilən gəlirin bir hissəsi ilə kompensasiya edildikdən sonra”.
ABŞ prezidenti Donald Trampın “İranı Daş dövrünə qaytarmaq” təhdidlərinə toxunan İran rəsmisi bildirib ki, “Tramp qəzəb və çarəsizlikdən cəfəngiyat danışır”.
E.ŞİRİNOV







