23 İyul 2025 / 12:35

Gömrük əməkdaşları 3 günlük seminardadır

Gömrük əməkdaşları üçün seminar keçirilir Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “ÜGT-nin Məlumat analitikasının tətbiqi və təşkilatı səviyyədə məlumatlandırmanın təşviqi üzrə” seminar keçirilir. Komitədən “Təzadlar”a verilən məlumata görə Gömrük əməkdaşlarının iştirak etdiyi 3 günlük seminar  Koreya Gömrük Əməkdaşlıq  Fondunun dəstəyi ilə təşkil olunub.  Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov çıxış edərək qlobal ticarət mühitində gömrük xidmətləri qarşısında dayanan yeni  çağırışlardan bəhs edib, Dövlət Gömrük Komitəsinin fəaliyyətində müasir texnologiyaların və süni intellektə əsaslanan alətlərin tətbiqinə xüsusi önəm verildiyini bildirib. Seminarda  həmçinin, qabaqcıl təcrübələrin öyrənilməsinin  əhəmiyyətindən  söhbət açılıb.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin direktoru Antonio Lo Parco, Ümumdünya Gömrük Təşkilatının ekspertləri Miryang Kim və Man Choi Hui   çıxışlarında DATA analitikasının gömrük orqanları üçün müstəsna rola malik olduğunu, yeniliklər və tendensiyalar baxımından vacibliyini vurğulayıblar.

Üç gün davam edəcək seminarda ÜGT ekspertləri  tərəfindən “Məlumat analitikasının əsasları və faydaları”, “Məlumat bazalarının əsasları”, “ Gömrük məlumat strategiyası, sistemi və istifadəsi”, “Məlumat analitikası üzrə potensialın gücləndirilməsi çərçivəsi”, “Azərbaycan gömrüyünün məlumat analitikası  üzrə inkişaf səviyyəsinin qiymətləndirilməsi”, “Qabaqcıl tətbiq nümunələri” və digər mövzularda məlumatlar veriləcək.

Seminar çərçivəsində Hong Kong və Çin gömrük xidmətlərinin məlumat analitikası təcrübəsinin, o cümlədən inkişaf prosesi, strategiyaları və tətbiqi ilə bağlı təqdimatların da nümayiş etdirilməsi nəzərdə tutulur.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!