29 Avqust 2024 / 13:04

GÖMRÜK NƏZARƏTİNDƏN GİZLƏDİLƏN SİQARETLƏR VƏ DƏRMAN VASİTƏLƏRİ AŞKARLANIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan siqaretlərin və digər malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus  baqaj və əl yüklərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 7 adda 27580 ədəd siqaret,  9 adda 2256 ədəd dərman vasitəsi, “İphone 13 pro, 128 GB” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!