3 Aprel 2025 / 17:42

Goranboyda məktəbdə bıçaqlama

Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tezadlar.az xatırladır ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi belə bir  məlumat yayıb. Məlum olur ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Lakin valideynin şagird övladını niyə döymək istəməsinin əsl səbəbi hələki bəlli deyil.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!