19 Mart 2026 / 10:37

GÖRÜN UŞAQLARINI ATIB QAÇAN ANALARA ŞƏRAİT YARADAN KİMLƏRDİR?-SƏRT MÖVQE

…Son vaxtlar 2, 3 və daha çox uşağını atıb qaçan qadınların sayı artıb. Bunun əsas səbəbi bir sıra televizya kanallarında efirə gedən sosial proqramların həmin qadınlara qucaq açması, onlara özlərinə məxsus sığınacaqlarda yer ayırmaları və 3-4 ay həmin qadınlar üzərində şou düzəldib reytinq toplamaqdır. Məsələn, 5 uşağını və 5 nəvəsini atıb Bakıya qaçan və orada oğlu ilə həmyaşıd olan cavan bir oğlanla kirayədə yaşayan, üstəlik həmin oğlanın da ailəsini dağıdan nənəyə ATV -də Zaur Baxşəliyevin “Bizimləsən” verilişində yer ayıranlar, bəzi hallarda ona süni bəzək-düzək verib efirə çıxaranlar, yarızarafat, yarıgercək həmin nənəyə “ər” axtaranlar dərk etmirlərmi ki, bu, bizim milli mentalitetimizə, əxlaqımıza ziddir?
Xalqımızın milli adət-ənəsinə, əxlaqına zidd olan belə hallara ARB-nin “Səni axtarıram”, Xəzər TV-nin “Təsir dairəsi” və “Space”TV- nin “Gəl danış” verilişlərində də rast gəlmək olar. Gözləmək olardı ki, ailəsini, evini-eşiyni, azyaşlı uşaqlarını atıb qaçan və həmin proqramlara sığınan belə analarla maarifləndirici söhbətlər aparılacaq və hüquq-mühafizə orqanları əməkdaşları vasitəsilə bu qadınlar öz evlərinə qaytarılacaq. Ancaq bunun əksi olaraq bəzi verilişlərdə həmin qadınlara Türkiyədə “təhsil almağa”, Bakıdakı bağ evlərində iş düzəltmək və bir sıra digər köməklik göstəriləcək vədi verilir və 3-4 ay şou göstərir və sonda isə verilən bütün vədlərin yalan olduğu məlum olur.
İki və daha çox uşağını atıb evdən qaçan qadınları aldadan televiziya proqramları digər uşaqlı qadınların da evdən qaçmalarına şərait yaradırlar. Belələri unutmamalıdırlar ki, onların bu əməlləri azərbaycançılıq adına ləkədir. Bu ləkəni tezlikıə təmizləməyin vaxtı çatıb.
Əliqismət Bədəlov,
jurnalist
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!