Əsas məzmuna keç

GÖYÇAYDA NARKOTİKLƏRİN TƏSİRİ ALTINDA AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜLƏR SAXLANILIBLAR

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, “VAZ 2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ 2106”nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə, marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…