4 Noyabr 2025 / 12:08

Göyçə gölünün 200 il əvvəlki xəritəsi- “Təzadlar”da!

Azərbaycan Prezidenti İlham Əliyev dünən AMEA-nın 80 illik yubileyində ermənilərin bildiyi, lakin bilib susduğu, nəinki suduğu, əksinə, inkar etməkdə olduqları bir vacib məsələni bir daha onların yadına saldı. Sitat: “…O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. …Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir.”
“Təzadlar” 1827-ci ilin və Sovet dövründə ermənilərin uydurduğu xəritələrin fotosunu təqdim edir.
Bəli, bu xəritəni biz çəkməmişik, Çar Rusiyasının təşəkkül dövründə tərtib edilib. Burada Göyçə gölünün adı olduğu kimi yazılıb…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!