Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naməlum şəxslər 2013-cü il “Miss Earth Philippines” finalçısını uşaqlarının gözü qarşısında qətlə yetiriblər.
Tezadlar.az bildirir ki, bu barədə “The Philippine Star” qəzeti məlumat verib.
32 yaşlı Lullet Jane Ramilo de Gusmana hücum 13 fevral cümə günü baş verib. Keçmiş gözəllik kraliçası və üç uşağı San Manueldəki evinin yaxınlığında maşına miniblər. Motosikletli iki kişi tezliklə maşına yaxınlaşıb atəş açıblar. Gusman ağır yaralanıb və həkimlər onu xilas edə bilməyiblər.
Polis cinayətkarları tapmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Müstəntiqlər hücumun şəxsi qisasçılıq və onun peşəkar fəaliyyəti ilə bağlı ola biləcəyinə inanırlar.
Lullet Jane Ramilo de Gusman 2013-cü il “Miss Earth Philippines” müsabiqəsində ikinci yeri tutub və digər beynəlxalq gözəllik müsabiqələrində müxtəlif kateqoriyalarda mükafatlar qazanıb. Qadın bu yaxınlarda müəllimlik edirdi.
Əvvəllər Ekvadorun Manabi əyalətində naməlum hücumçuların keçmiş gözəllik kraliçasını öldürdüyü bildirilirdi. Onun yoldaşı və bir yaşlı qızı da güllə yarası alıb.
E.ŞİRİNOV