Əsas məzmuna keç

Gözlənilən üçtərəfli danışıqlar – Ukrayna, Rusiya və Türkiyə görüşü başlayıb

İstanbulda Ukrayna, ABŞ və Türkiyənin iştirakı ilə üçtərəfli danışıqlar start götürüb.

Bu barədə Ukrayna XİN öz rəsmi “Telegram” kanalında məlumat yayıb.

“İstanbulda Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayır”, – deyə məlumatda bildirilir.

Rusiyanın nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Nümayəndə heyəti artıq mayın 15-dən Türkiyədədir. Ukrayna tərəfindən isə nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…