Əsas məzmuna keç

Güclü külək paytaxtda xeyli ağacın sınmasına səbəb oldu – FOTOLAR

Axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.

Bu barədə Tezadlar.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…