12 Fevral 2026 / 09:19

Gültəkin Hacıbəyli Azərbaycana gətirilir- TƏCİLİ

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub. Tezadlar.az xatırladır kiş bu barədı Cəmil Həsənli özünün fb platformasında yazıb. G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Bununla belə, mətbuatda onun Türkiyə Prezidentinə müraciəti yayılmışdı və saxlanılmasını qanunsuz hesab etmişdi. Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə də mətbuatda yazılıb.

Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara  məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.

Xatırlatma: G-82 məhdudlaşdırma (təhdid) kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!