Sabiq deputat Gültəkin Hacıbəyli iki aya yaxındır Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılır. O, bu barədə özünün sosial media hesabında yazaraq Türkiyə MİT rəhbəri İbrahim Kalına müraciət edərək kömək istəyib.
Tezadlar.az xatırladır ki, ötən gün İstanbul İdarə Məhkəməsi G.Hacıbəylinin barəsində deportasiya qərarının dayandırılması ilə bağlı müraciətinə baxaraq şikayəti təmin etməyib. Bu gün isə Ankara İdarə Məhkəməsi onun üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib. Bu “G-82” kodu Türkiyə qanunvericiliyində təqsirləndirilən şəxsin terror təşkilatına üzv olması şübhəsini ifadə edir.