Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyə polisi tərəfindən saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.
O, Azərbaycana deportasiya oluna biləcəyini açıqlayıb.
Qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Ziyalılar Forumunun, Milli Şuranın üzvüdür.







