Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2024 / 09:15

GÜRCÜSTAN ABŞ-A MÜNASİBƏTLƏRİN BƏRPASINI TƏKLİF EDİB

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ-a münasibətlərin bərpasını təklif edib.

“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəm təklif etmək istəyirik ki, bu da sıfırlama deməkdir. Son üç-dörd il ərzində bu münasibətdə nə qədər səhv getdiyini bilirsiniz”, – o deyib.

Kobaxidzenin fikrincə, münasibətləri bərpa etmək üçün ilk növbədə ədalətli yanaşma lazımdır. Gürcüstan bunun üçün lazım olan maksimum sayda addımı atacaq. Əsas odur ki, Amerika hakimiyyətinin nümayəndələri də belə addımlar atsınlar.

Kobaxidze çıxışı zamanı hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd cəhdini ABŞ-ın keçmiş prezidenti Donald Trampın güllələnməsi ilə də əlaqələndirib. Onun sözlərinə görə, bu hücumların arxasında adı açıqlanmayan qlobal siyasi qüvvələr dayanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!