7 Aprel 2025 / 14:37

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birləşəcək, yoxsa…

“Siyasətlə məşğul olan hər bir şəxs düşünməlidir ki, onların fəaliyyəti bu və ya digər şəkildə ölkənin inkişafında uzunmüddətli iz buraxacaqmı və mən ümid edirəm ki, bütün bunlara öz töhfəmi verəcəyəm”. Tezadlar.az xəbər verir ki, bu sözləri baş nazir İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib. Hökumət rəhbəri qeyd edib ki, ardıcıl siyasətlə istənilən məqsədə nail olmaq olar: “Hadisələr dinamik şəkildə inkişaf edir və proseslərin hara gedəcəyi hələ məlum deyil, amma hesab edirəm ki, ardıcıl siyasət və səbir şəraitində istənilən məqsədə nail olmaq olar, o cümlədən bizim əsas arzumuz olan ərazi bütövlüyünün bərpası. Bu, həm də realdır və səbirlə və düzgün siyasətlə hər şey mümkündür, əgər mən bu məsələdə kiçik bir kərpic qoya bilsəm, mən xoşbəxt olacağam, son nəticədə siyasətlə məşğul olan hər bir şəxs öz fəaliyyətinin bu və ya digər şəkildə ölkənin inkişafında hansısa iz qoyacağını düşünməlidir və mən bütün bunlara öz töhfəmi verəcəyimə ümid edirəm”, – deyə baş nazir qeyd edib.

Baş nazir əlavə edib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə birləşməsi realdır…

Bəlkə, əksinə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə deyil, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılaraq birləşdirilməsindən danışmaq lazımdır!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!