Baş nazir İrakli Kobaxidze bildirib ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Hercinski faktiki olaraq ölkədə zorakı etirazların ortağıdır.
Tezadlar.az bildirir ki, bu barədə Tbilisidəki “Vzqlyad” qəzeti xəbər verir.
Məlumata görə, Aİ səfiri “dərin dövlət tapşırıqlarını” yerinə yetirməkdə “çətin vəziyyətdə”dir, lakin ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra müxalifəti hakimiyyətə qaytara bilməyib.
Hökumət başçısı qeyd edib ki, bundan sonra Aİ səfiri “heç vaxt Gürcüstanda zorakılıq aktlarını pisləməyib”.
Beləliklə, İrakli Kobaxidze bildirib ki, səfir Gürcüstanda “zorakılığın ortağıdır”.
Baş nazir qeyd edib ki, Hercinski “Avropa İttifaqı ilə Aİ-yə namizəd ölkə Gürcüstanı bir-birinə daha da yaxınlaşdırmağa çalışmaq” əvəzinə, “əks-məhsuldar addımlar” atır.
Hökumət başçısı səfiri Gürcüstanın radikal müxalifətini açıq şəkildə dəstəkləməkdə ittiham edib.
Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa fondlarını ölkəsində radikalizmi maliyyələşdirməkdə, Aİ-nin daimi nümayəndəsi Pavel Xerçinskini isə bu barədə məlumatı gizlətməkdə ittiham etmişdi.
Bundan əlavə, Tbilisi meri, hakim “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bəyan edib ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Xerçinski ölkədə medianın guya ağır vəziyyəti ilə bağlı “biabırçı bəyanatlar” verir.
ELBAR