Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Gürcüstan Avropa İttifaqına (Aİ) üzvü olmağa can atarkən öz tarixi dəyərlərini qoruyub saxlayır və milli maraqlarını müdafiə edir”. Tezadlar.az İMEDİ kanalına istinadla xəbər verir ki, Prezdient Mixeil Kavelaşvili bu barədə “Acarıstan” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Qərb ölkələri Gürcüstan hakimiyyətini “anti-qərb ritorikasında” tənqid edir: “Sadəcə hər hansı bir birliyə daxil olmaq üçün bir ayaq üstündə dayanaraq vətəndaşlarını, tarixini və keçmişini necə alçalda bilərsən?! Bəzi QHT-lər və vətəndaş cəmiyyətinin nümayəndələri vətəndaşların dəstəyi olmadan qanunların qəbuluna müdaxilə edərək özlərini legitim seçilmiş hakimiyyətdən üstün tutmağa çalışırdılar”, – deyə Kavelaşvili qeyd edib. Prezident vurğulayıb ki, qəbul edilmiş qanunlar xarici maliyyə mənbələrinin şəffaflığını təmin etməyə yönəlib.