Əsas məzmuna keç

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Gürcüstan Azərbaycanda yeni səfir təyin edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Giorgi Zakaraşvili təyin edilib.

Bildirilir ki, G.Zakaraşvili uzun illər XİN-in mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, GUAM-da daimi nümayəndəsi olub.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…