Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Parlamenti yeni parlament mükafatı – Gürcüstan Parlamentinin Şərəf Medalı təsis edib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Parlamentin mətbuat xidməti yayır. Məlumatda deyilir ki, “Parlamentin yeni qaydalarına əsasən, Parlamentin Şərəf Medalı Gürcüstan və ya başqa bir dövlət vətəndaşına parlamentlərarası əlaqələrin inkişafına verdiyi müstəsna töhfəyə görə verilir. Qeyd olunub ki, qanunverici orqanın yeni reqlamentinə əsasən təsis edilmiş Parlamentin fəxri medalı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təqdim olunub.
Yeni parlament mükafatı, parlamentin fəxri medalı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi və parlamentlərarası əlaqələrin inkişafına verdiyi xüsusi töhfəyə görə təqdim olunub.