16 İyun 2022 / 11:19

GÜRCÜSTAN PREZİDENTİ BU GÜN MİTİNQDƏ İŞTİRAK EDƏCƏK VƏ…

 

Məlum olduğu kimi bu gün, Tbilisidə ölkə prezidenti Salome Zurabişvilinin elan etdiyi “Avropa kursuna dəstək” aksiyası keçiriləcək…

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, ölkənin Prezident Administrasiyası Zurabişvilinin aksiyada iştrakı ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, hazırda Bakıda səfərdə olan Salome Zurabişvili, səfərini bu gün yekunlaşdıracaq və axşam saat 19:00-da Avropa meydanında keçiriləcək mitinqdə iştirak edəcək.

“Təzadlar” xatırladır ki, Prezident İlham Əliyev bu gün Bakı Forumunda iştirak edən Salome Zurabaşvili ilə görüşüb. Zurabaşvili forumda çıxış edib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!