Əsas məzmuna keç

GÜRCÜSTAN PREZİDENTİ BU GÜNDƏN BU TƏDBİRLƏRƏ GETMƏYƏCƏK

Gürcüstanda koronavirus sərt üzünü göstərməkdədir. Bu gündən sərt qaydalara start verildi, ciddi qapanmalar başladı…

Ölkədə epidemoloji vəziyyətin pisləşməsi ilə əlaqədar, prezident Salome Zurabişvili genişmiqyaslı tədbirlərə qatılmaqdan imtina edir. Gürcüstan KİV-ləri yazır ki, bu barədə məlumatı prezident administrasiyası yayıb. Bundan əlavə, prezident amdinistrasiyasında Tokyo olimpiadasının iştirakçısı olan idmançılarla görüş keçirilməyəcək. “Prezident virusla bağlı biribirinizi qorumağa, epidemoloqların tövsiyyələrini yerinə yetirməyə və peyvənd vurdurmağa çağırır,”-deyə bəyanatda bildirilir.

Bu artıq o deməkdir ki, yaxın qonşumuz olan Gürcüstandakı virus özbaşınalığı Azərbaycan üçün də təhlükəlidir. Özümüzü qoruyaq və qaydalara əməl edək ki, başqalarını da virusa yoluxdurmayaq.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…