Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2024 / 07:35

GÜRCÜSTAN PREZİDENTİ FRANSADA KEÇİRİLƏN SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ BELƏ ŞƏRH EDİB

Fransada seçkilərin nəticələri respublikada demokratiyanın qələbəsini əks etdirir.

Tezadlar.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili X sosial şəbəkəsində səsvermənin nəticələrini belə şərh edib.

“Bravo, Fransa. Demokratiya, Avropa və insan ləyaqətinə səsvermə Fransanın qələbəsidir”, – S.Zurabişvili yazır.

O əlavə edib ki, seçkilərin nəticələri Rusiyaya qarşı çıxan beynəlxalq qüvvələrin maraqlarını əks etdirir.

Bundan əvvəl Dövlət Duması Fransa prezidenti Emmanuel Makronun ölkədə keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bəyan edib. Parlamentin spikeri Vyaçeslav Volodinin sözlərinə görə, fransızlar Makrona yox, hər kəsə səs verməyə hazırdırlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!