Əsas məzmuna keç

GÜRCÜSTAN PREZİDENTİ “TƏKRAR CİNAYƏT TÖRƏDƏN” ADLANDIRILDI

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili respublika prezidenti Salome Zurabişvilini təkrar cinayətkar adlandırıb.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

 “O, konstitusiya pozuntularına görə təkrar cinayət törədən şəxsə çevrildi. Birinci pozuntu mütləq onun xarici səfərləridir. İkincisi odur ki, o, yenə səfirlər təyin etmir”, – Papuaşvili bildirib.

Daha əvvəl spiker bildirib ki, hakim “Gürcü arzusu” partiyası prezidentə qarşı impiçment prosedurunu bərpa edəcək. Papuaşvilinin sözlərinə görə, bu qərar Zurabişvilinin hökumət başçısının razılığı olmadan həyata keçirdiyi xarici səfərləri ilə bağlıdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…