Əsas məzmuna keç

GÜRCÜSTAN TRAMPIN QƏLƏBƏSİNİN UKRAYNADAKI DÖYÜŞLƏRİN SONUNU YAXINLAŞDIRACAĞINA İNANIR

ABŞ prezident seçkilərində Donald Tramp qalib gəlsə, Ukraynada döyüşlər daha tez bitəcək.

Tezadlar.az xəbər verir ki, bu fikri Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Trampın qələbəsi bizə Ukraynada hərbi əməliyyatları tez bir zamanda dayandırmağa imkan verəcək və bu, regionumuzu sakitləşdirəcək”, – deyə o bildirib.

Kobaxidze təklif edib ki, respublikaçılar qalib gəlsə, “Gürcüstana münasibət daha ədalətli olacaq”.

Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili bildirib ki, Ukraynada hərbi əməliyyatlar maksimum bir ildən sonra dayanacaq və Tramp ABŞ-da hakimiyyətə gəlsə, onlar hələ 2025-ci ilin yanvarında başa çata bilər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…