Əsas məzmuna keç

Gürcüstan turizm gəlirlərinə görə “ay oynadır” – ötən ili də ötüb keçib…

Bu il Gürcüstanın beynəlxalq turizm gəlirləri 2026-cı ilin ilk doqquz ayı ərzində 4,4% artaraq 3,8 milyard dollara çatıb.

Bu barədə Gürcüstan Milli Bankının saytında məlumat verilib.

Rusiya turistlərinin səfərləri sayına görə liderlik edib və bu ölkyə gedən 1,31 milyon ziyarətçi 641,3 milyon dollar xərcləyib.

Bundan əlavə, 2026-cı ilin ilk üç rübündə 2025-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyadan gələn ziyarətçilərdən əldə edilən gəlir də 14,5% artıb.

Gürcüstana Avropa Birliyi və Birləşmiş Krallıqdan gələn turistlərin sayında da rekord artım nümayiş olunub – 473.600 ziyarətçi gəlib.

Bu ölkələrdən gələn turistlərin ümumi 665,4 milyon dollara çatıb, onlardan daxil olan gəlir isə 29,2% artıb.

Qeyd etmək lazımdır ki, investisiya bankı Galt & Taggart  Gürcüstanın turizm gəlirlərinin 2026-cı ilin sonuna qədər 4,9 milyard dollara çata biləcəyini proqnozlaşdırıb

Xatırladaq ki, 2025-ci ildə bu rəqəm 4,7 milyard dollar təşkil edib.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…