Əsas məzmuna keç

GÜRCÜSTANDA SEÇKİLƏRDƏ KÜTLƏVİ ŞƏKİLDƏ SAXTAKARLIQ EDƏN TƏŞKİLATÇILAR HƏBS EDİLDİ

Marneuli Sülh Məhkəməsi Gürcüstanda parlament seçkiləri zamanı seçki məntəqələrindən birində bülletenlərin kütləvi şəkildə doldurulmasını təşkil etməkdə təqsirləndirilən iki nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Tezadlar.az bildirir ki, bu barədə hakim Qvantsa Çikovani məlumat verib.

“Marneuli rayon prokurorluğunun prokuroru Tornike Kapanadzenin vəsatəti təmin edilsin və təqsirləndirilən Rövşən İskəndərov barəsində həbs qətimkan tədbiri seçilsin”, – o deyib.

İkinci təqsirləndirilən şəxs də həbs edilib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…