Gürcüstanda qəzaya uğrayan təyyarənin bütün vaxtlar üzrə hərəkət trayektoriyası açıqlandı

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni məlumatları açıqlayıb. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, qurum həmin gün baş verənləri saatlar üzrə ictimaiyyətin diqqətinə çatdırıb. Qəza günü baş verənlər: saat 09:02 – Noyabrın 11-də Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Komandanlığına məxsus 68-T1609 nömrəli C-130E təyyarəsi Kayseridən Azərbaycanın Gəncə şəhərinə şəxsi heyət və yük daşımaq məqsədilə havaya qalxıb. Saat 11:06 – Təyyarə təhlükəsiz şəkildə (Gəncəyə) eniş edib. Saat 13:15 – Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-ların 10 nəfərlik texniki heyəti və müxtəlif texniki avadanlıqları daşıyan təyyarə Merzifondakı 5-ci Hava Nəqliyyatı Baş Komandanlığına qayıtmaq üçün 20 nəfərlik heyətlə yenidən havaya qalxıb. Saat 13:50 – Qalxdıqdan sonra Tbilisi Hava Nəqliyyatı Nəzarət Mərkəzi ilə son rabitə əlaqəsi qurulub, bu andan sonra təyyarə ilə həm rabitə, həm də radar əlaqəsi itib. Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Tbilisi Hava Nəqliyyatı Nəzarət Mərkəzinin çağırışlarına cavab alınmayıb. Saat 14:34 – Təyyarənin Tbilisi şəhərinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində naməlum səbəbdən düşdüyü bildirilib. Saat 15:02 – Hadisədən dərhal sonra Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları başlanıb, bölgəyə PUA göndərilib. Gürcüstan axtarış-xilasetmə komandaları təyyarənin qalıqlarına çatıb. Saat 17:00 – Komandaların araşdırma apara bilməsi üçün bölgə təhlükəsizliyə alınıb. Saat 06:30 – Noyabrın 12-də Türkiyənin göndərdiyi axtarış-xilasetmə komandaları Gürcüstan komandaları ilə koordinasiyalı şəkildə genişmiqyaslı axtarış-xilasetmə işlərinə başlayıblar.
Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb.

Xəbəri paylaş

Xəbər lenti