Gürcüstanda naməlum şəxslər Rusiya milli komandasının idmançılarının qaldığı otelin yaxınlığında Rusiya bayrağını yandırıb və fişənglər atıblar.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, onlar respublikaya qılıncoynatma üzrə dünya çempionatına gəliblər.
Komandanın nümayəndələri hadisənin səhər saat 5 radələrində baş verdiyini bildiriblər.
“Komandamızın qaldığı otelin yaxınlığında naməlum şəxslər bir neçə fişəng atıb, sonra isə yoxa çıxıblar”, – komanda üzvləri bildiriblər.
İnternetdə bir qrup gəncin şüarlar səsləndirərək Rusiya bayrağını yandırdığı video da yayılıb.
Gürcüstan hakimiyyətinin və yarışın təşkilatçılarının insidentlə bağlı reaksiyası barədə məlumat yoxdur.
E.ŞİRİNOV







