Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2025 / 08:19

Gürcüstanda tutulan İŞİD- çi Azərbaycanlı çıxdı

Rustavidə İŞİD ilə əlaqədə şübhəli bilinərək saxlanılmış şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin  “İmedi” telekanalı məlumat yayıb. İnterpolun qırmızı xətti ilə axtarılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslə bağlı Tbilisi Şəhər Məhkəməsində proses baş tutub. Hakim prokurorluğun vəsatətini təmin edib. Saxlanılan şəxs sərhədi qanunsuz keçməkdə ittiham olunur. Prokuror Elizbar Qozalaşvili jurnalistlərə bildirib ki, Azərbaycan vətəndaşı saxta sənədlərlə Gürcüstan ərazisinə daxil olub. O qeyd edib ki, məhkəmə təqsirləndirilən şəxsin qaçması və yeni cinayətlər törətməsi riskinin olması ilə bağlı ittiham tərəfinin mövqeyini tam bölüşüb və onunla bağlı həbs qətimkan tədbiri seçib.

Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşı 2 may tarixində Rustavi şəhərində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə yollanıb və İŞİD terror təşkilatına qoşulub. O, orada hərbi əməliyyatlar üzrə təcrübə toplayıb və partlayıcı qurğular üzrə mütəxəssis olub. Onun evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları müsadirə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!