Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində ciddi problemlər yaşanır

Oxunma sayı: 25

Avropa İttifaqı ilə münasibətlərdə yaşanan problemlər ciddidir, ünsiyyət məhduddur, bütün sərt qərarlar Avropa rəsmiləri tərəfindən verilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze İctimai televiziyaya müsahibəsində deyib. “Biz kiçik dövlətik, amma eyni zamanda ləyaqətli dövlət və hakimiyyətik. Əgər ölkəmizə qarşı ədalətli münasibət sərgilənərsə, biz dialoqa tam açığıq”. Baş nazir Aİ-nin Gürcüstandakı səfirinin ölkənin daxili işlərinə qarışdığını iddia edərək bildirib ki, xarici işlər naziri Maka Boçorişvili buna baxmayaraq səfirlə dialoq qurmağa çalışıb: “Bütün bu kobud müdaxilələrə, seçki prinsiplərinin və Vyana Konvensiyasının pozulmasına baxmayaraq, xarici işlər nazirimiz Avropa İttifaqının səfiri ilə görüş tələb etdi və Gürcüstan-Aİ münasibətlərini müzakirə etdi. Bu, bizim açıq dialoqa hazır olduğumuzu göstərir” Bununla yanaşı, İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Aİ ilə imzalanmış Assosiasiya Sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməkdə davam edir. Lakin o vurğulayıb ki, “kollektiv müxalifətə” Mərkəzi Seçki Komissiyasının güzəştə gedilməsi” kimi tələblər qəbul edilə bilməz: “Biz real və sağlam islahatlar həyata keçiririk. Seçki sistemini radikal müxalifətə güzəştə getməyəcəyik, amma islahatlar davam edəcək”, –deyə baş nazir bildirib. Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı “təmiz səhifədən” başlamaq və bu prosesi konkret yol xəritəsi əsasında irəlilətmək niyyətindədir.

Xəbəri paylaş