30 Oktyabr 2021 / 12:53

GÜRCÜSTANIN BAŞ NAZİRİ MÜXALİFƏTƏ SƏSLƏNDİ: “İMKAN VERİLMƏYƏCƏK Kİ…”

…Gürcüstanda yenidən siyasi gərginlik yaşanmaqdadır…

Səbəb bir tərəfdən Saakaşvilinin saxlanılması, digər tərəfdən isə bu gün ölkədə seçkilərin keçirilməsidir… Elə buna görədir ki, “Biz imkan verməyəcəyik ki, hansısa təxribatçı seçki məntəqələrində müəyyən iğtişaşlar, təşviş və xaos yaratsın”, -deyə baş nazir İrakli Qaribaşvili səs verdikdən sonra müsahibəsində belə deyib. Baş nazirin sözlərinə görə, partiyasından asılı olmayaraq, hər kəs qanun çərçivəsində cavab verəcək: “Bu gün Zuqdidi də daxil olmaqla, bəzi təxribatlar təşkil etmək cəhdləri olub, lakin polis, əlbəttə ki, vəzifəsini yüksək icra edir, onlara təşəkkür etmək istəyirəm. Biz imkan verməyəcəyik ki, hansısa təxribatçı seçki məntəqələrində müəyyən iğtişaşlar, təşviş və xaos yaratsın. Hansı partiyanı təmsil etməsindən asılı olmayaraq hər kəs qanun çərçivəsində cavab verəcək”, – deyə İ. Qaribaşvili bildirib.

Bütün hallarda ölkədə siyasi sabitliyin olması gürcü xalqının vacib arzusudur… Nəzərə alaq ki, Gürcüstanla Rusiya arasında gərginlik pik həddədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!